Qırğızıstan Parlamenti növbəti prezident seçkilərinin tarixini təsdiqləyib

Qırğızıstan Parlamenti növbəti prezident seçkilərinin tarixini təsdiqləyib

18:16
Bəyəndim (1) Bəyənmədim (0)

Qırğızıstan Parlamentinin üzvləri ölkədə 27 yanvar 2027-ci il tarixinə təyin olunmuş növbəti prezident seçkilərinin tarixini təsdiqləyiblər. Oxuməni.az xəbər verir ki, bu barədə respublikanın ali qanunvericilik orqanının mətbuat xidməti bəyan edib.

"Qırğızıstan Parlamentinin üzvləri "Qırğızıstan Respublikasında prezident seçkilərinin təyin edilməsi haqqında" qərar layihəsini nəzərdən keçirib və qəbul ediblər. Qırğızıstan Respublikasında növbəti prezident seçkiləri hazırkı prezidentin səlahiyyət müddətinin bitdiyi ilin yanvar ayının dördüncü çərşənbə günü keçiriləcək", - mətbuat xidmətinin nümayəndəsi bildirib.

Təqvimə əsasən, 2027-ci ilin yanvar ayının dördüncü çərşənbə günü 27 yanvardır.

Əziz Mustafa