Finlandiya və Ukrayna müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzaladılar

Finlandiya və Ukrayna müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzaladılar

11:31
Bəyəndim (0) Bəyənmədim (0)

Finlandiya Müdafiə Nazirliyinin məlumatına görə, Finlandiya və Ukrayna prezidentləri Aleksandr Stubb və Vladimir Zelenski Nyu-Yorkda müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək üçün müqavilə imzalayıblar. Oxuməni.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Müqavilə, digər məsələlərlə yanaşı, ölkələr arasında texnologiya və biliklərin ötürülməsini, tədqiqat, inkişaf və innovasiya sahəsində əməkdaşlığı və pilotsuz uçuş aparatları sahəsindəki kimi birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.

İmzalanan müqavilə həmçinin inzibati prosesləri sadələşdirməyi, o cümlədən ölkələr arasında müdafiə avadanlıqları və texnologiyalarının ötürülməsinin səmərəliliyini artırmağı hədəfləyir.

Əziz Mustafa