Harvi Vaynşteyn 15 il həbs cəzasına məhkum edildi

Harvi Vaynşteyn 15 il həbs cəzasına məhkum edildi

07:51
Bəyəndim (0) Bəyənmədim (0)

Nyu-York məhkəməsi artıq təcavüz ittihamı ilə həbs cəzası çəkən keçmiş Hollivud prodüseri Harvi Vaynşteyni keçmiş köməkçisi Miriam Haleyiyə qarşı cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum etdi. Oxuməni.az xəbər verir ki, bu barədə NBC News və The Guardian da daxil olmaqla media orqanları məlumat yayıb. Miriam Haleyi Vaynşteyni 2006-cı ildə onu cinsi əlaqəyə məcbur etməkdə ittiham edib. O, günahsız olduğunu bildirib.

Məhkəmə prosesi bir ildən çox davam edib. Keçən il Nyu-York məhkəməsi Vaynşteyni Miriam Haleyiyə qarşı cinsi təcavüz ittihamı ilə bağlı bir maddədə günahkar bilib. Lakin münsiflər heyəti başqa bir maddə - qadına təcavüz ittihamı ilə bağlı qərar verə bilməyib. Nəticədə, prokurorlar bu ittihamı ləğv edib və yalnız bu gün hökmün çıxarıldığı cinsi təcavüz ittihamını saxlayıblar.

2017-ci ildə tanınmış aktrisalar da daxil olmaqla 80-dən çox qadın Harvi Vaynşteynə qarşı ittihamlarla çıxış edib. Bu işlər haqqında araşdırmalar və ictimailəşdirmə #MeToo hərəkatına səbəb oldu. 2020-ci ildə Vaynşteyn 23 il həbs cəzasına məhkum edildi. Dörd il sonra məhkəmədəki qanun pozuntularına görə hökm ləğv edildi. Lakin prodüser azadlığa buraxılmadı: 2023-cü ilin fevral ayında o, 2013-cü ildə adı açıqlanmayan Los-Anceles aktrisasına təcavüz etdiyinə görə əlavə 16 il həbs cəzasına məhkum edildi.

Əziz Mustafa