Kiyevə dron hücumu davam edir, 43 nəfər yaralanıb, iki nəfər həlak olub

Kiyevə dron hücumu davam edir, 43 nəfər yaralanıb, iki nəfər həlak olub

20:11
Bəyəndim (1) Bəyənmədim (0)


23 sentyabrda Rusiyanın hücumu nəticəsində Kiyevdə yaralananların sayı 43-ə çatıb, 2 nəfər həlak olub. Düşmənin pilotsuz təyyarələrinin paytaxtda hava hücumları davam edir.

Oxuməni.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının Telegram kanalı məlumat yayıb.

Bəyanatda deyilir: "Saat 16:25-ə olan məlumata görə, bu gün paytaxta düşmənin zərbələri nəticəsində 43 nəfərin yaralandığı məlumdur".

Rusiya 23 sentyabrda Kiyevə hücum edib. Ən azı iki nəfər həlak olub. Zərbələr paytaxtın bir neçə rayonunda yanğınlara və ziyana səbəb olub. Solomyanski rayonunda PUA-ların qalıqları binaların arasına düşərək nəqliyyat şirkətini yandırıb. Həmçinin pilotsuz təyyarənin mağazaya enişi və doqquzmərtəbəli qeyri-yaşayış binasına dəyməsi qeydə alınıb.

Qolosevski rayonunda anbarlara, yanacaqdoldurma məntəqəsinə, biznes mərkəzinə və nəqliyyat infrastrukturuna ziyan dəyib.

Darnitski rayonunda nəqliyyat infrastrukturu obyektinə dəyən zərbə və yanacaqdoldurma məntəqəsində yanğın qeydə alınıb.

Əziz MUSTAFA