Rusiya Qara dənizdə gəmiyə hücum etdi: Kapitan öldürüldü
23 sentyabr gecəsi Rusiya qüvvələri Qara dənizdə Antigua və Barbuda bayrağı altında üzən yük gəmisinə hücum etdi. Gəminin kapitanı həlak oldu. Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Dəniz Limanları İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Rusiyanın hücumu yanğınla nəticələndi. Gəminin kapitanı, Ukrayna vətəndaşı, həlak oldu. Qalan heyət Ukrayna Hərbi Dəniz Qüvvələri tərəfindən təxliyə edildi və yanğın söndürüldü. Ukrayna Dəniz Limanı İdarəsi (USPA) bildirib ki, "Bu, Rusiya Federasiyasının mülki gəmiçiliyə qarşı daha bir terror aktıdır. Bu dəfə Rusiyanın hücumu ukraynalı dənizçinin həyatına son qoyub".
Odessa Regional Polis İdarəsinin rəisi Oleq Kiper əlavə edib ki, gəmidən əlavə, ruslar bölgədəki liman və mülki infrastruktur obyektlərinə də hücum ediblər.
Dərman, məişət əşyaları və qida məhsulları saxlanılan anbarlara ardıcıl iki dəfə hücum edilib. Yanğının söndürülməsi bir neçə saat çəkib.
Əziz MUSTAFA




















































































