Navrotski Polşadakı ABŞ hərbi bazasına Trampın adının verilə biləcəyini açıqladı

Navrotski Polşadakı ABŞ hərbi bazasına Trampın adının verilə biləcəyini açıqladı

12:42
Bəyəndim (1) Bəyənmədim (0)

Layihə həyata keçirilərsə, Polşadakı ABŞ hərbi bazası ABŞ prezidentinin şərəfinə "Fort Tramp" adlandırılacaq. Oxuməni.az xəbər verir ki, bu barədə Polşa lideri Karol Navrotski bəyan edib.

"ABŞ [prezident] administrasiyası və hər iki ölkənin hökumətləri işlərini başa çatdırdıqda, inanıram ki, Prezident Tramp Fort Trampın açılışında şəxsən iştirak edə biləcək", - deyə o, Bloomberg Television-a verdiyi müsahibədə bildirib.

Lakin Navrotski bazanın açılması ilə bağlı qərarın verilə biləcəyi tarixi dəqiqləşdirməyib. Onun sözlərinə görə, "inzibati və maliyyə məsələləri" hələ həll olunmayıb.

3 iyun tarixində Polşa müdafiə naziri Vladislav Kosiniak-Kamış ABŞ müdafiə naziri Pete Heqsetə Polşada daimi ABŞ hərbi bazasının yaradılması ilə bağlı rəsmi təklif təqdim etdi. Sentyabrın əvvəlində Amerika nümayəndə heyəti Polşaya səfər edərək potensial baza yerlərini yoxladı. Tramp həmçinin bu məsələ ilə bağlı danışıqlarda irəliləyişlərdən danışdı.

Əziz Mustafa