Rusiya hava limanında göyərtəsində sərnişinlərin olduğu Red Wings təyyarəsi alovlanıb və hadisə videoya çəkilib

Rusiya hava limanında göyərtəsində sərnişinlərin olduğu Red Wings təyyarəsi alovlanıb və hadisə videoya çəkilib

10:00
Bəyəndim (1) Bəyənmədim (0)

Göyərtəsində sərnişinlərin olduğu Red Wings təyyarəsi Rusiya hava limanında alovlanıb və hadisə videoya çəkilib. Oxuməni.az xəbər verir ki, bu barədə Shot məlumat yayıb.

Mənbənin məlumatına görə, hadisə Koltsovo hava limanında Yekaterinburqdan Maqnitoqorska uçuş zamanı baş verib. Aviaşirkətin sərnişinləri uçuşu gözləyərkən mühəndislər heyətin oksigen çənini doldururdular. Nəticədə gövdənin burun hissəsi alovlanıb.

İki pilot və iki stüardessa təyyarəni tərk etməyi bacarıb. Lakin texniki mütəxəssis yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İnternetdə yerləşdirilən videoda təyyarənin burnunun yanmış hissəsi görünür.

Sərnişinlərin dörd saatlıq gecikmədən sonra ehtiyat təyyarəyə köçürüldüyü bildirilir. Yanğından zərər çəkmiş təyyarə xidmətdən çıxarılıb.

Daha əvvəl nəqliyyat prokurorluğunun hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırma başlatdığı bildirilmişdi.

Əziz Mustafa