Tramp Qrenlandiya ilə bağlı yeni təhlükəsizlik müqaviləsi imzaladı

Tramp Qrenlandiya ilə bağlı yeni təhlükəsizlik müqaviləsi imzaladı

08:09
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ, Danimarka və Qrenlandiya Arktika adasının təhlükəsizliyi ilə bağlı müqavilə imzalayıblar. Bu, onun gələcəyi ilə bağlı bir neçə aylıq müzakirələrdən sonra baş verib.

Oxuməni.az xəbər verir ki. bu barədə Ağ Evdən bildiriblər..

22 sentyabrda ABŞ Prezidenti Donald Tramp, Danimarka Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen adanın təhlükəsizliyi ilə bağlı müqavilə imzalayıblar.

Tərəflər "Qrenlandiyada əhəmiyyətli bir ABŞ hərbi mövcudluğunun inkişafı" barədə müqavilə imzalayıblar. Bu, Vaşinqtonun əleyhdarlarına adada öz bazalarını qurmağı qadağan edir. Qrenlandiya hökuməti başçısının sözlərinə görə, yeni sənəd tərəflər arasında 1951-ci il müqaviləsini davam etdirir.

"Bu müqavilə Qrenlandiyanın kimin tərəfində olması ilə bağlı bütün fərziyyələrə son qoymalıdır. Biz ABŞ-ın dostu və Qərb alyansının bir hissəsi olmağa davam edəcəyik", - deyə Nilsen bildirib.

Danimarka baş naziri ölkəsinin ABŞ ilə tərəfdaşlığını qeyd edib.

"Qürurla deyə bilərəm ki, ABŞ Danimarka Krallığının dostudur. Bu, uzunmüddətli münasibətlərimizdə bir mərhələdir. Bu, daha böyük və daha yaxşı bir müqavilədir (1951-ci il müqaviləsi ilə müqayisədə - red.). Əbədi davam edə biləcək bir müqavilədir", - deyə Frederiksen əlavə edib.

Yeni müqaviləyə əsasən, ABŞ-a Qrenlandiyanın cənubunda Narsarsuaq yaxınlığında və adanın şərqində Mestersviqdə baza yaratmağa icazə verilir.

"Hər iki hökumət başçısına təşəkkür etmək istərdim. Bizim fantastik və möhkəm münasibətlərimiz olacaq. Bu, Avropa və ABŞ üçün əladır. Həm də hər kəs üçün. Və bu, Qrenlandiya üçün də əla olacaq", - deyə Tramp əmin etmişdi.

Əziz Mustafa