ABŞ və Britaniya ilk dəfə "Excalibur" sualtı dronundan torpedo buraxıb
ABŞ və Böyük Britaniya "XV Excalibur" ekipajsız sualtı aparatdan (sualtı drondan) ilk dəfə birgə "ağır torpedo" buraxılışını həyata keçirib. Sınaqlar AUKUS müdafiə proqramı çərçivəsində keçirilib. Oxuməni.az xəbər verir ki, bu barədə ABC News Britaniya hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Sınaqdan keçirilən torpeda ABŞ və Avstraliyanın birgə işləməsidir. O, gəmiləri və dərin sualtı qayıqları batırmaq üçün nəzərdə tutulub. Britaniya hökumətinin bəyanatında qeyd olunur ki, sınaq üç ölkə üçün "sualtı texnologiyaların inkişafında əhəmiyyətli irəliləyişi" əks etdirir və "Avroatlantik təhlükəsizliyin təmin edilməsində və NATO-nun sualtı üstünlüyündə mühüm bir sıçrayış" olub.
Torpeda buraxılışı ilə bağlı xəbər Böyük Britaniyanın yeni Baş naziri Endryu Bernemin Nyu-Yorkda BMT Baş Assambleyasında iştirak etmək üçün səfəri ərəfəsində yayılıb. Səfər çərçivəsində onun ABŞ prezidenti Donald Trampla görüşü nəzərdə tutulub. BBC-nin qeyd etdiyi kimi, tərəflər süni intellekt sahəsində əməkdaşlığı, həmçinin dəniz və hava təhlükəsizliyi məsələlərini müzakirə edəcəklər.
Almaz Həsənli




















































































