Paramount Warner Bros. ilə bağlı antiinhisar iddiaları üzrə ştatlarla razılığa gəlib

Paramount Warner Bros. ilə bağlı antiinhisar iddiaları üzrə ştatlarla razılığa gəlib

11:17
Bəyəndim (1) Bəyənmədim (0)

Paramount Skydance 110 milyard dollar dəyərində Warner Bros. Discovery (WBD) şirkətinin alınması ilə bağlı antiinhisar iddialarının həlli üçün bir qrup ABŞ ştatı ilə razılığa gəlib. Oxuməni.az xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.

Razılaşmanın şərtlərinə əsasən, Paramount ABŞ-da film istehsalına əlavə investisiyalar yatıracaq və birləşmədən sonrakı ilk iki il ərzində hər il ən azı 30 filmin nümayişə buraxılmasını təmin edəcək.

Sənədə əsasən, şirkət beş il ərzində 1,5 milyard dollar investisiya yatıracaq və filmlərin ən azı 2 min kinoteatr ekranında geniş nümayişini təmin edəcək. Öhdəliklər yerinə yetirilmədiyi təqdirdə Paramount Miramax studiyasını satmalı və kompensasiya ödənişləri həyata keçirməli olacaq.

Razılaşma həmçinin şirkətə beş il ərzində Los-Ancelesdəki Paramount və Warner Bros. studiya məkanlarını bağlamağı və ya satmağı qadağan edir.

Bundan əlavə, Paramount CBS News və CNN-də redaksiya fəaliyyətinin obyektivliyini təmin etmək üçün müstəqil şura yaradacaq.

Razılaşma elan edildikdən sonra Paramount səhmlərinin qiyməti 10,15 dollar səviyyəsində qalıb. Warner Bros. səhmləri isə 11 faiz bahalaşaraq 30,8 dollara yüksəlib.

Fevralın sonunda Netflix Paramount Skydance şirkətinin yeni təklif verməsi fonunda Warner Bros. Discovery-ni almaqdan imtina edib. WBD-nin direktorlar şurası Paramount Skydance-in təklifini Netflix ilə razılaşmadan daha sərfəli hesab edib.

Almaz Həsənli