Özbəkistan Naxçıvan Dəmir Yolunun tikintisində iştirak etmək imkanlarını araşdırır

Özbəkistan Naxçıvan Dəmir Yolunun tikintisində iştirak etmək imkanlarını araşdırır

22 Sentyabr 07:56
Bəyəndim (0) Bəyənmədim (0)

Özbəkistan Türkiyənin Samsun və İstanbul limanlarına çıxış təmin etmək üçün nəzərdə tutulan Naxçıvan Dəmir Yolunun tikintisində iştirak etmək imkanlarını araşdırır. Oxuməni.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti əsas nəqliyyat və logistika layihələrinin təqdimatından sonra məlumat verib.

Xatırladaq ki, avqust ayında Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Dəmir Yolunun yenidən qurulması üçün beynəlxalq konsorsiumun yaradıla biləcəyini açıqlayıb. Bu marşrut boyunca investisiya, mənfəət və zəmanətli daşıma həcmləri ilə maraqlanan şirkətlər və ölkələr qoşulmağa dəvət olunub.

Dəniz limanlarına çıxışını genişləndirmək çərçivəsində Özbəkistan həmçinin Xəzər dənizində Aktau, Türkmənbaşı və Bakıda, eləcə də Qara dənizdə Poti və Anakliyada logistika infrastrukturunun inkişafında iştirak etməyi planlaşdırır.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, Poti limanında logistika mərkəzinin yaradılması ilə bağlı müqavilə artıq imzalanıb və hazırda layihənin texniki-iqtisadi əsaslandırılması hazırlanır. Eyni zamanda, Özbəkistanın Anakliya dərin su limanının inkişafında iştirakı üçün imkanlar araşdırılır.

Yeni marşrutların Özbəkistanın tekstil, kimya, kənd təsərrüfatı, mədən və metallurgiya məhsulları ixrac imkanlarını genişləndirəcəyi gözlənilir.

Əziz Mustafa