Dünyanın yaşamaq üçün ən yaxşı şəhərləri açıqlanıb
Həyat səviyyəsinə görə dünyanın ən yaxşı şəhərləri məlum olub. Diqqətçəkən məqam odur ki, reytinqin ilk onluğunda yer alan bütün şəhərlər Avropadadır.
Oxuməni.az xəbər verir ki, bu barədə "Numbeo" tədqiqat platformasının məlumatlarında bildirilir.
303 şəhərin yer aldığı siyahıda Niderland şəhərləri həyat səviyyəsinə görə liderlik edir. Belə ki, reytinqə 227,7 balla Haaqa başçılıq edir, ondan sonra Eyndhoven, Rotterdam və Utrext gəlir. Qroningen (8-ci yer) və Amsterdam (9-cu yer) da ilk onluğa daxil olub. Beləliklə, ilk onluqdakı yerlərin altısı Niderland şəhərlərinin payına düşür.
5-ci, 6-cı və 7-ci yerlərdə müvafiq olaraq Gent (Belçika), Lüksemburq və Ştutqart (Almaniya) qərarlaşıb. Onlardan sonra 11-ci yerdə 205 balla Vyana gəlir. Siyahının sonunda isə Laqos, Dəkkə və Manila yer alıb.
Cənubi Qafqazın paytaxtları isə reytinqdə belə sıralanıb: 121,6 balla İrəvan 257-ci, 120,9 balla Tbilisi 260-cı, Bakı isə 117,2 balla 263-cü yerdədir.
Ekspertlər şəhərləri 8 meyar üzrə qiymətləndiriblər: alıcılıq qabiliyyəti, təhlükəsizlik, səhiyyə, yaşayış dəyəri, gəlirə nisbətdə mənzil qiymətləri, işə gediş-gəliş vaxtı, ətraf mühitin çirklənməsi və iqlim.
Almaz Həsənli




















































































