Si Cinpin Trampın dəvəti ilə ABŞ-a rəsmi səfər edəcək
Çin Xalq Respublikasının sədri Si Cinpin sentyabrın 23-25-də ABŞ-a rəsmi səfər edəcək. Oxuməni. az “Sinxua” agentliyinə istinadla xəbər verir ki, bu barədə bazar ertəsi Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi məlumat verib. Səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutacaq.
Amerika lideri cari ilin may ayında Çinə səfəri zamanı Si Cinpini və onun həyat yoldaşını sentyabr ayında ABŞ-a səfərə dəvət edib.
Si Cinpinlə Donald Tramp arasında danışıqların sentyabrın 24-də Vaşinqtonda keçirilməsi gözlənilir. Tərəflər ikitərəfli münasibətləri, eləcə də qlobal sülh və inkişafla bağlı mühüm məsələləri ətraflı müzakirə edəcəklər.
The Wall Street Journal qəzeti Si Cinpinin səfərinə hazırlıq zamanı Vaşinqtonda onun səhhəti ilə bağlı narahatlıqların yarandığını yazıb. Hindistan mətbuatının məlumatına görə, ÇXR lideri Yeni Dehlidə keçirilən BRİKS sammiti zamanı özünü narahat hiss etmiş ola bilər.
Almaz Həsənli




















































































