Zelenski Nyu-Yorkda Trampla görüşməyi planlaşdırdığını açıqlayıb

Zelenski Nyu-Yorkda Trampla görüşməyi planlaşdırdığını açıqlayıb

09:56
Bəyəndim (1) Bəyənmədim (0)

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb və tərəflər Nyu-Yorkda görüşmək barədə razılığa gəliblər. Oxuməni. az xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında məlumat verib. Ukrayna lideri bu görüşün ölkəsindəki sülh nizamlanması baxımından "çox şeyi dəyişə biləcəyi" fikrini ifadə edib.

Zelenskinin sözlərinə görə, o, Trampa xüsusi elçiləri Stiven Uitkoff və Cared Kuşnerin bu yaxınlarda Kiyevə etdikləri səfərə görə təşəkkür edib. "Biz vacib detalları ətraflı müzakirə etdik və onlar Ukraynadakı vəziyyəti öz gözləri ilə gördülər. Sülh yolu bir nömrəli prioritetdir", - deyə Ukrayna prezidenti səfərin nəticələri barədə bildirib. O, həmçinin Rusiyaya qarşı sanksiya təzyiqini gücləndirməyə imkan verən "Lindsi Qrem qanunu"nun imzalanmasına görə Trampa minnətdarlığını bildirib.

Bununla yanaşı, Zelenski qeyd edib ki, Kiyevin "deeskalasiya addımları və fundamental təhlükəsizlik məsələləri – enerji, ərzaq təhlükəsizliyi və insanların həyatının qorunması ilə bağlı ideyaları var". "Amerika komandası ilə birlikdə işləyirik və həqiqətən ciddi addımlar atmağa hazırıq", - deyə o əlavə edib.

Ukrayna lideri Trampla görüşünün dəqiq hansı gün baş tutacağını açıqlamayıb. ABŞ Prezidenti isə Nyu-Yorkda Zelenski ilə görüşmək planları barədə hər hansı açıqlama verməyib.

Almaz Həsənli