Almaniyanın hakim partiyası ilk dəfə regional parlamentdə yer qazana bilməyib
Regional parlamentə seçkilər Almaniyanın Meklenburq-Ön Pomeraniya bölgəsində keçirilib. Seçkilərdə İfrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası qalib gəlib. Kansler Fridrix Merzin rəhbərlik etdiyi hakim Xristian Demokrat Birliyi (CDU) tarixində ilk dəfə regional parlamentdə yer qazana bilməyib.
Oxuməni.az xəbər verir ki, bu barədə Bild-in açıqlamasında deyilir.
Səslərin 100%-i sayıldıqdan sonra CDU 4,9% səs toplayıb. Meklenburq-Ön Pomeraniya parlamentinə daxil olmaq üçün CDU-nun səslərin ən azı 5%-ni qazanması lazım idi.
Fridrix Merz CDU-nun nəticəsini fəlakətli adlandırıb. Partiyanın Meklenburq-Ön Pomeraniya şöbəsinin sədri Daniel Peters CDU daxilində təcili islahatlar aparılmasına çağırıb.
AfD regional seçkilərdə səslərin 38,8%-ni və seçici fəallığının 79%-ni qazanıb. Almaniya üçün Alternativ (AfD) ikinci regional parlamentdə yerlərin əksəriyyətini əldə edib. Sentyabrın əvvəlində Saksoniya-Anhaltda keçirilən seçkilərdə ifrat sağçı partiya 43,8% səslə qalib gəldi. Daha sonra CDU səslərin 17,2%-ni toplayaraq ikinci yeri tutdu.
Əziz MUSTAFA




















































































