Türkiyə Qara dənizdə gərginliyin azaldılması təklifini Ukrayna və Rusiyaya təqdim edib

Türkiyə Qara dənizdə gərginliyin azaldılması təklifini Ukrayna və Rusiyaya təqdim edib

08:17
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyə Qara dənizdəki böhranın həlli üçün təklif hazırlayıb və artıq Ukrayna və Rusiyaya təqdim edib.

Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlama verib. Türkiyəli diplomatın sözlərinə görə, vəziyyətin həllində davamlı nəticə əldə etmək hazırda çox çətindir. Fidan qeyd edib ki, Kiyev və Moskvanın müharibəni davam etdirmək və kompromis axtarmaq arasında seçim var. Onlar bunun dağıdıcı nəticələrini tanıyırlar.

"Hər iki tərəfə təklif təqdim etmişik və cavab gözləyirik. Görürük ki, tarlalardan yığılan taxıl qlobal bazarlara çatmasa, bir çox ölkə ərzaq təhlükəsizliyi problemləri ilə üzləşəcək", - deyə Türkiyə xarici işlər naziri bildirib.

Bununla belə Fidan təklif olunan tədbirlərin təfərrüatlarını açıqlamaqdan imtina edib. Türk diplomatı 2022-ci ildə Türkiyə və BMT-nin vasitəçiliyi ilə əldə edilən "taxıl müqaviləsi"ni xatırladıb. Məlum olduğu kimi, bu müqavilə Ukraynanın Qara dəniz limanlarının blokdan çıxarılması və taxılın təhlükəsiz ixracı üçün şərait yaradılmasını nəzərdə tuturdu.

"Bir neçə il əvvəl sonradan pozulan bir müqavilə bağladıq, lakin buna baxmayaraq, faktiki olaraq işləyən bir sistem mövcud idi - tərəflər müdaxilə etmədilər. İndi isə onlar bir-birinin işlərinə fəal şəkildə müdaxilə edirlər", - deyə Fidan qeyd edib.

O, həmçinin əlavə edib ki, Ankara indi "bu məsələni" məntiqi sonluğa çatdırmaqda qərarlıdır. Rusiyanın mülki gəmiçilik və liman infrastrukturuna hücumları səbəbindən əvvəlcə Odessa, Çornomorsk və Yujnı limanlarında əməliyyatlar əhəmiyyətli dərəcədə azaldılıb.

Əziz Mustafa