ABŞ Ermənistanın yenidən silahlanmasına kömək edəcəyinə söz verib

ABŞ Ermənistanın yenidən silahlanmasına kömək edəcəyinə söz verib

12:02
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Ermənistana ordusunun yenidən silahlanmasına kömək edəcək. Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəsmi saytında dərc olunmuş məlumatında bildirilir.

"ABŞ Ermənistanın davam edən müdafiə islahatlarını dəstəkləməyə davam edəcək, məsləhətləşmələr, təcrübə mübadiləsi və digər sahələr üçün proqramlarının bütün potensialından istifadə edəcək", - deyə nəşr bildirib.

Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanın Mülki Müqavilə Partiyası Türkiyə, Avropa Birliyi və ABŞ da daxil olmaqla, növbəti beş il üçün xarici siyasət prioritetlərini müəyyən etmişdi.

Əziz Mustafa