Vaxtı ilə çərkəzlərin ana şəhəri hesab edilən Soçi çəhəri güclü yağışlardan sonra su altında qalıb
Vaxtı ilə çərkəzlərin ana şəhəri hesab edilən və 1868-1874-cü illərdə Rusiya tərəfindən işğal edilərək etnik soyqırımına məruz qalan Soçi güclü yağışlardan sonra su altında qalıb. Bəzi ərazilərdə suyun səviyyəsi dizdən yuxarı qalxıb, nəticədə avtomobillər daşqın sularında ilişib qalıb və tıxaclar yaranıb. Oxuməni.az xəbər verir ki, bu barədə Şot bildirib.
Güclü yağışlar səbəbindən yamaclarda və pilləkənlərdə kortəbii şəlalələr əmələ gəlib. Bəzi yerlərdə çimərlik ərazisi də su altında qalıb və mağazaların da əksəriyyətinə sel suları dolub. Bəzi işçilər içəridə qalıb suyun səviyyəsinin aşağı düşməsini gözləməyə məcbur olublar. Bir küçədə güclü külək ağacı avtomobilin üzərinə yıxıb. Xəsarət alanlar barədə məlumat verilməyib.
Sakinlərdən və turistlərdən müvəqqəti olaraq çimərliklərə getməkdən çəkinmələri və reklam lövhələrindən və digər tikililərdən uzaq durmaları xahiş olunur. Soçidə pis hava şəraitinin sentyabrın 20-də də davam edəcəyi proqnozlaşdırılır.
Daha əvvəl Soçidəki seçki məntəqələrinin dron hücumu səbəbindən bağlandığı bildirilirdi.
Əziz Mustafa




















































































