Rusiya Xarkov vilayətində elektrik qatarına zərbə endirib, bir nəfər ölüb, yaralılar var

Rusiya Xarkov vilayətində elektrik qatarına zərbə endirib, bir nəfər ölüb, yaralılar var

18:12
Bəyəndim (0) Bəyənmədim (0)


Bu gün gündüz Xarkov vilayətinin Novovodolajska icmasında Rusiya pilotsuz təyyarəsinin elektrik qatarına zərbəsi nəticəsində 40 yaşlı kişi ölüb. Daha yeddi nəfər yaralanıb. Oxuməni.az xəbər verir ki, bu barədə Xarkov Regional Hərbi Administrasiyasının rəisi Oleq Sinegubov məlumat verib. Onun sözlərinə görə, yaralılara tibbi yardım göstərilir. Müvafiq xidmətlər atəşin nəticələri ilə məşğul olur.

Bir müddət əvvəl "Ukrzaliznitsa" şirkətinin baş direktoru Aleksandr Pertsovski bildirib ki, ilkin məlumatlara görə, şəhərətrafı qatara edilən hücum nəticəsində iki sərnişin ağır yaralanıb. Həmçinin ötən gecə Rusiya Federasiyası tərəfindən Odessa-Dnepr qatarına hücum edildiyini bildirib. Hücumdan sonra yanğın baş verib və sərnişinlər təhlükəli hissədən təxliyə ediliblər.

Xatırladaq ki, Rusiya qoşunları əvvəlki gün 122 nömrəli Kiyev-Nikolayiv sərnişin qatarına hücum ediblər. Əvvəlcədən xəbərdarlıq sayəsində sərnişinlər təxliyə edilib.

Əziz MUSTAFA