Tbilisidə 50-dən çox uşağın zəhərlənməsi ilə bağlı araşdırma aparılır

Tbilisidə 50-dən çox uşağın zəhərlənməsi ilə bağlı araşdırma aparılır

16:12
Bəyəndim (0) Bəyənmədim (0)

20 uşaq bağçasında kütləvi zəhərlənmə hadisəsi baş verib. 55 uşaq və bir tərbiyəçi xəstəxanaya yerləşdirilib, faktla bağlı araşdırmalara başlanılıb. Oxuməni.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

İstintaq sağlamlıq üçün təhlükəli olan məhsulların istehsalı və satışı maddəsi ilə (Gürcüstan Cinayət Məcəlləsinin 198-ci maddəsinin 2-ci hissəsi) aparılır. 50-dən çox uşağın valideynləri və tibb müəssisələrinin əməkdaşları dindirilib. Dörd uşaq bağçasında və ərzaq tədarükü ilə məşğul olan üç şirkətdə axtarışlar aparılıb.

İlkin məlumatlara görə, zəhərlənmə məhsullardan qaynaqlana biləcək bakterial infeksiya ilə bağlı ola bilər. Hansı məhsulların buna səbəb olduğunu ekspertiza müəyyən edəcək. İstintaq tədbirləri Daxili İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Milli Qida Agentliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Almaz Həsənli