ABŞ Pezeşkian və Əraqçiya viza verilməsini təsdiqləyib

ABŞ Pezeşkian və Əraqçiya viza verilməsini təsdiqləyib

10:34
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ hakimiyyəti gələn həftə BMT Baş Assambleyasında iştirak etmək üçün İranın prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçinın da daxil olduğu İran nümayəndə heyəti üzvlərinə viza verəcək.

Oxuməni. az xəbər verir ki, bu barədə NBC News mənbəyə istinadən məlumat yayıb.

"Pezeşkian və Əraqçi ABŞ vizası alacaq nümayəndə heyətinin tərkibində olacaqlar", - deyə NBC News mənbəyə istinadən bildirib.

ABŞ Dövlət Departamentindən dəqiqləşdiriblər ki, BMT-nin tədbirlərində iştirak etmək üçün vizaları İranın "əsas nümayəndə heyəti"nin üzvləri alacaq. Bununla yanaşı, İranın Baş Assambleyadakı nümayəndə heyətinin tərkibi ötən illə müqayisədə daha kiçik olacaq.

Almaz Həsənli