ABŞ-da F-16 döyüş təyyarəsi təlim zamanı qəzaya uğrayıb

ABŞ-da F-16 döyüş təyyarəsi təlim zamanı qəzaya uğrayıb

10:38
Bəyəndim (0) Bəyənmədim (0)


Miçiqan ştatının Qrand Travers şəhərində F-16 qırıcısı qəzaya uğrayıb və pilot havadan atılıb. Təyyarə Milli Qvardiyanın Alpenadakı bazasında təlimlərdə iştirak edib. Oxuməni.az xəbər verir ki, bu barədə CNN-in yaydığı məlumatda deyilir.

Qırıcı digər F-16 ilə tandemdə uçurdu. Dispetçerlə ikinci təyyarənin pilotu arasında aparılan danışıqlardan məlum olduğu kimi, qəzaya uğrayan təyyarə SOS siqnalı verib. Qəzanın mümkün səbəbi qırıcı ilə quşun toqquşması olub və nəticədə mühərrik sıradan çıxıb.

Təyyarədə yalnız pilot olub və o, qəzadan əvvəl havaya qalxıb. Pilot xəstəxanaya yerləşdirilib, vəziyyəti stabildir. Ştat polisi bildirib ki, bir mil radiusda olan bütün sakinlər "təyyarə qəzası ilə bağlı təhlükəli kimyəvi maddə sızması" səbəbindən təxliyə edilib.

Əziz MUSTAFA