Finlandiya prezidenti vətəndaşları ölkədə baş verə biləcək təxribata hazır olmağa çağırıb
Finlandiya prezidenti Aleksander Stubb ölkə sakinlərini mümkün təxribata psixi cəhətdən hazır olmağa çağırıb. Oxuməni.az xəbər verir ki, bu barədə Finlandiyanın Yle nəşrinin məlumatında deyilir.
Stubb təxribatla yanaşı, finlərə ölkəyə uçan dronlara hazır olmağı tövsiyə edib. 2026-cı ilin əvvəlindən bəri dörd pilotsuz uçan aparat artıq Finlandiyanın hava sərhədlərini pozaraq ölkə ərazisinə daxil olub.. Finlandiya liderinin sözlərinə görə, söhbət təkcə adi müharibədən deyil, həm də hibrid qarşıdurmadan gedir.
"Birinci növ Ukrayna və Rusiya arasında müşahidə etdiyimiz kinetik müharibədir. İkincisi, Rusiyanın Avropaya qarşı apardığı hibrid müharibədir",- dedi.
Bununla yanaşı, Stubb panikaya səbəb olmadığını vurğulayıb. Onun sözlərinə görə, ordu və hökumət hibrid təhdidlərə və dronlara qarşı tədbirləri sürətlə gücləndirib. O, həmçinin əlavə edib ki, sakit qalmaq, xəbərləri təmkinlə qəbul etmək və hər həyəcan siqnalına reaksiya verməmək vacibdir.
Əziz MUSTAFA




















































































