Tramp Polşada ABŞ ordusunun bazasının yaradılmasında irəliləyiş olduğunu açıqladı
Vaşinqton və Varşava Polşada ABŞ ordusunun bazasının yaradılmasında əhəmiyyətli irəliləyiş əldə ediblər. Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.
"Polşada ABŞ ordusunun bazasının yaradılması istiqamətində böyük irəliləyiş əldə edilib. Əgər bu baş verərsə, yer çox tezliklə açıqlanacaq", - deyə Amerika prezidenti Truth Social-da yazıb. "Bu, ABŞ-Polşa ittifaqı üçün tarixi bir addım olacaq", - deyə Tramp bildirib.
Əziz Mustafa
Digər xəbərlər




















































































