Tacikistan Beynəlxalq Cinayət Məhkəməsindən çıxmağı nəzərdən keçirib
Tacikistan parlamentinin aşağı palatası Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) statusuna xitam verilməsi ilə bağlı qətnamə layihəsini müzakirə etmək üçün iclas keçirib. Oxuməni.az xəbər verir ki, bu barədə Parlamentin mətbuat xidməti bildirib.
1998-ci ildə Romada imzalanmış beynəlxalq müqavilə əsasında yaradılan Beynəlxalq Cinayət Məhkəməsi müharibə cinayətlərini və insanlığa qarşı cinayətləri araşdırır. Tacikistan yarandığı gündən məhkəmənin tərəfidir və onun qərarlarına əməl etməyə borcludur.
2023-cü ilin mart ayında BCM Vladimir Putin və Mariya Lvova-Belovanı bir sıra beynəlxalq cinayətlər törətməkdə ittiham edərək həbs qərarı verib. Eyni zamanda, məhkəmənin katibliyi bütün üzv dövlətlərə onların həbsi ilə bağlı sorğular göndərib.
2025-ci ildə Vladimir Putinin Düşənbəyə səfəri zamanı Tacikistan hakimiyyəti bu qərarı yerinə yetirməkdən imtina edib. Buna cavab olaraq Avropa Birliyi Tacikistanın beynəlxalq ictimaiyyət qarşısında öhdəliklərini yerinə yetirmədiyini bəyan etdi.
Əziz Mustafa




















































































