Yaponiya hökuməti tam heyətdə istefa verib
Yaponiya hökuməti hökumət başçısı Sanae Takaiçinin həyata keçirəcəyi kabinet dəyişiklikləri ərəfəsində tam heyətdə istefa verib. Nazirlər Kabinetinin təcili iclasında bütün üzvlər müvafiq ərizələrini təqdim ediblər və baş nazir onları qəbul edib. Oxuməni. az-ın "Jiji Press"-ə istinadən verdiyi məlumata görə, bu barədə baş nazirin dəftərxanası məlumat yayıb.
Yaxın saatlarda yeni Nazirlər Kabinetinin tərkibi elan olunmalıdır. İstefa vermiş nazirlər yeni kabinet formalaşana qədər öz vəzifələrini formal olaraq icra edəcəklər. Xarici işlər naziri Toşimitsu Moteqi, müdafiə naziri Şinciro Koidzumi, maliyyə naziri Satsuki Katayama, eləcə də Nazirlər Kabinetinin baş katibi Minoru Kihara da daxil olmaqla, bütün əsas nazirlərin öz postlarını qoruyub saxlayacağı gözlənilir.
Bir gün əvvəl Sanae Takaiçi hakim Liberal Demokrat Partiyasının (LDP) rəhbərliyində cüzi dəyişikliklər edərək, əsas postları dəyişməz saxlayıb. Yerli müşahidəçilər LDP rəhbərliyində və hökumətdəki minimal dəyişiklikləri Takaiçinin partiya idarəçiliyində sabitliyi təmin etmək və 2027-ci ildə partiya sədri postuna yenidən seçilməsi üçün əlverişli şərait yaratmaq istəyi ilə əlaqələndirirlər.
Almaz Həsənli




















































































