Belarus qoşunlarını Suvałki dəhlizi ətrafına yeridib
Belarus Suvalki dəhlizi ətrafında yeni hərbi təlimlərə başlayıb. Oxuməni.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin rəsmi məlumtında deyilir. Məlumatda deyilir ki, təlimlər “sırf müdafiə xarakteri daşıyır”.
Dördgünlük hərbi təlimlər Belarusda Polşa və Litva sərhədləri yaxınlığında keçirilir. Manevrlər bir neçə poliqonda, o cümlədən strateji əhəmiyyətli Suvałki dəhlizinin yaxınlığında keçirilir. Təlimlərə Qərb Əməliyyat Komandanlığının bölmələri, o cümlədən mexanikləşdirilmiş və tank batalyonları cəlb olunub.
Hərbçilər “sərhəd mühafizəsi, təxribat qruplarına qarşı mübarizə aparır, həmçinin pilotsuz təyyarələr və yüngül təyyarələrin hücumlarını dəf edir”, - Müdafiə Nazirliyi bildirib.
Qoşunların praktiki əməliyyatları Litva sərhədinin bilavasitə yaxınlığında, Qrodno vilayətindəki Qoja poliqonunda keçirilir. Hərbçilər Polşa sərhədindən təxminən 15 və 60 km aralıda yerləşən Brest və Rujanı poliqonlarında da məşq edirlər. Manevrlərin bəziləri Polşa-Litva sərhədinin NATO üçün strateji əhəmiyyət kəsb edən hissəsi olan Suvalki dəhlizinin yaxınlığında keçirilir.
Təxminən 104 km uzunluğunda olan dəhliz Baltikyanı ölkələrlə digər NATO ərazisi arasında yeganə quru əlaqədir. O, həmçinin Belarusiya ilə Rusiyanın Kalininqrad vilayəti arasında yerləşir. Belarus Müdafiə Nazirliyi bildirib ki, təlimlərdə qoşunların və texnikanın sayı 2011-ci il Vyana Sənədində nəzərdə tutulan hədləri keçməyib. Bununla belə Minsk manevrlərdə iştirak edən hərbçilərin dəqiq sayını açıqlamır.
Təlim NATO-nun şərq cinahının təhlükəsizliyinə və Rusiyanın Ukraynaya qarşı müharibəsinə diqqətin artması fonunda keçirilir.
Əziz MUSTAFA




















































































