Gürcüstan Azərbaycana yeni səfir təyin edib
Georgi Zakarashvili Gürcüstanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Oxuməni. az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Georgi Zakarashvili Gürcüstan Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və diplomatik nümayəndəliklərində uzun illik iş təcrübəsinə malikdir.
"O, 2021-ci ildən bu günə kimi Gürcüstanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri və Gürcüstanın GUAM-dakı daimi nümayəndəsi vəzifələrində çalışıb. 2016-2019-cu illərdə İsveçrə Konfederasiyasının Rusiya Federasiyasındakı səfirliyi nəzdindəki Gürcüstanın maraqlar bölməsinin fövqəladə və səlahiyyətli elçisi, 2012-2016-cı illərdə isə Gürcüstanın Ukraynadakı səfirliyinin və Gürcüstanın GUAM-dakı daimi nümayəndəliyinin fövqəladə və səlahiyyətli elçisi vəzifələrində işləyib.
Georgi Zakarashvili müxtəlif vaxtlarda Xarici İşlər Nazirliyinin Siyasi Departamentinin direktoru və Mərkəzi Asiya ölkələri ilə əlaqələr idarəsinin rəisi vəzifələrini də tutub.
Georgi Zakarashvilinin fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi var", - deyə məlumatda bildirilir.
Almaz Həsənli




















































































