ABŞ Konqresi Rusiyaya qarşı "cəhənnəm sanksiyaları"nı dəstəkləyib
ABŞ Konqresi Rusiyaya qarşı "cəhənnəm sanksiyaları"nı dəstəkləyib. Oxuməni.az xəbər verir ki, bu barədə The Hill-in məlumatında deyilir. Müzakirələr zamanı əsas prosedur səsverməsi təhlükə altında idi, lakin son anda iki demokrat sənədin müzakirənin son mərhələsinə keçirilməsini dəstəklədi. Sonda Konqresin 214 üzvü lehinə, 211 üzvü əleyhinə səs verdi.
Bundan dərhal sonra konqresmen Maykl Makkol elan etdi: "Sabah Nümayəndələr Palatasının zalında Lindsi Qrem sanksiyaları layihəsinin yekun qəbulu ilə bağlı müzakirələrə rəhbərlik edəcəyəm."
Qanunun özü ilə bağlı son səsvermə 16 sentyabr çərşənbə günü keçiriləcək. Qanun layihəsinin qəbulundan sonra həmmüəllif senator Riçard Blumental Ukrayna icmasına müraciət etdi.
"Ukrayna təhlükəsiz və azad bir millət olana qədər rahatlıq tapmayacağıq", Blumental bəyan etdi.
Qanun Prezident Donald Trampa ən çox Rusiya neft və qazı alan beş ölkəyə, eləcə də Moskvanın enerji məhdudiyyətlərini aşmasına kömək edən beş ölkəyə 100% tarif tətbiq etmək səlahiyyəti verir. Hazırda Rusiya neft məhsullarının əsas alıcıları Çin, Hindistan və Türkiyədir.
Əziz MUSTAFA




















































































