Sinqapurda yuvası ağacdan yerə düşərək dağılan bir qarğa üç təqaüdçüyə hücum edib
Sinqapurun Kallang bölgəsinin sakinləri Crawford Lane-də təsadüfən qarğa yuvasının ağacdan yerə düşərək dağıldığının şahidi olublar. Yuva ağacdan yerə düşdükdən sonra qarğalar daha ucadan qarıldamağa və aqressiv olmağa başlayıblar. Xüsusilə, qarğalardan biri üç dəfə aşağı uçub və yoldan keçən təqaüdçülərin başlarını dimdikləyib.
Oxuməni.az xəbər verir ki, bu barədə yerli mətbuatın yaydığı məlumatda deyilir.
Küçədə yerləşən kafe işçisinin sözlərinə görə, qarğalar adətən gecələr zibil qutularını axtarır, lakin yuva yerə düşərək dağıldıqdan sonra qisas almağa və zibillərini atmağa gedən insanlara hücum etməyə başlayıblar. Şəhər şurası qarğa yuvalarını hadisə yerlərindən uzaqlaşdıracaqlarını açıqlayıb.
Aprel ayında Sinqapurda məşhur bir yemək salonunun yaxınlığında yaşayan qarğaların keçəl müştərilərə hücum etdiyi bildirildi. Heyvanları qorumaq cəmiyyətinin nümayəndəsi bildirib ki, quşlar çox güman ki, keçəl biri tərəfindən incidiliblər və indi onlar hər gördükləri keçələ hücum edirlər.
Əziz Mustafa




















































































