Rusiya XİN-dən Rusiyanın Ermənistandakı hərbi bazasının çıxarılması ilə bağlı bəyanat

Rusiya XİN-dən Rusiyanın Ermənistandakı hərbi bazasının çıxarılması ilə bağlı bəyanat

14:48
Bəyəndim (1) Bəyənmədim (0)

Moskva Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının çıxarılması ilə bağlı heç bir müraciət almayıb. Oxuməni.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin "İzvestiya" qəzetinə müsahibəsində bildirib.

"Ermənistan tərəfindən Gümrüdə dislokasiya olunmuş Rusiya hərbi bazasının çıxarılması ilə bağlı bizə heç bir müraciət daxil olmayıb", — deyə diplomat vurğulayıb.

Xatırladaq ki, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası 1 sentyabr 1994-cü ildə açılıb. Onun yerləşdirilməsi haqqında dövlətlərarası müqavilə Rusiya və Ermənistan prezidentləri tərəfindən 16 mart 1995-ci ildə imzalanıb, 2010-cu ildə isə müqavilənin müddəti 2044-cü ilə qədər uzadılıb.

Ermənistanda 2020-ci ildən sonra bazanın gələcəyi ilə bağlı müzakirələr başlayıb. Nikol Paşinyan o zaman bazanın yerləşdirilməsindən heç bir üstünlük görmədiyini bəyan etmişdi.

Almaz Həsənli