Rusiyada neft emalı və təyyarə zavodu dron hücumuna məruz qalıb, hər iki müəssisədə yanğın başlayıb
Sızran Neft Emalı Zavodunda dronlar yanğına səbəb olub və Taqanroqdakı aviasiya tədqiqat və texnologiya kompleksinin yaxınlığında yanğın qeydə alınıb.
Dronlar Samara vilayətindəki Sızran Neft Emalı Zavoduna hücum edib və Taqanroqdakı aviasiya tədqiqat və texnologiya kompleksi raket zərbəsinə məruz qalıb. Oxuməni.az xəbər verir ki, bu barədə OSINT kanalları 15 sentyabr çərşənbə axşamı gecəsi məlumat yayıb.
İlkin məlumatlara görə, Sızran Neft Emalı Zavodunun sənaye zonasındakı neft məhsulları saxlama çənləri yanır. Dərc olunmuş görüntülərə əsasən, neft emalı zavodunda bir neçə yanğın baş verib. Bu arada, Rusiya mediası Taqanroqa raket zərbəsi endirildiyini bildirib. İlkin məlumatlara görə, zərbə hərbi təyyarələrin təmir və modernləşdirilməsinin aparıldığı Beriev Taqanroq Aviasiya Elmi-Texniki Kompleksində yanğına və partlayışlara səbəb olub.
Bu gecə həmçinin Rusiyanın Volqoqrad vilayətindəki sement zavoduna da dronlar zərbə endiriblər. Nəticədə müəssisədə partlayışlar eşidilib, yanğın baş verib.
Əziz MUSTAFA




















































































