İsrailin mədəniyyət naziri “NAZA” filminin müəlliflərini vətəndaşlıqdan məhrum etməklə hədələyib

İsrailin mədəniyyət naziri “NAZA” filminin müəlliflərini vətəndaşlıqdan məhrum etməklə hədələyib

16:21
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin mədəniyyət naziri Miki Zohar Venesiya Film Festivalında münsiflər heyətinin xüsusi mükafatına layiq görülən “NAZA” sənədli filminin rejissorları Yuval Abraham və Raxel Şoru vətəndaşlıqdan məhrum etməklə hədələyib. Oxuməni.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Nazir filmi “dövlətə xəyanət” adlandırıb və ekran əsərinin müəlliflərinin “dünyadakı antisemitlərin alqışları naminə öz vətənlərinə zərər vurmağa hazır olduqlarını” bildirib. Zohar əlavə edib ki, rejissorların vətəndaşlıqdan məhrum edilməsi proseduruna dərhal başlamaq niyyətindədir.

“The Guardian”ın qeyd etdiyi kimi, İsraildə vətəndaşlıqdan məhrumetmə mümkündür, lakin praktikada bu tədbir nadir hallarda tətbiq edilir. Bunun üçün daxili işlər nazirinin müraciəti, ədliyyə nazirinin razılığı və məhkəmənin qərarı tələb olunur.

“The Guardian” jurnalistlərinin həmmüəllifliyi ilə çəkilən “NAZA” sənədli filmi İsrail ordusunun Qəzza zolağında zərbələr üçün hədəfləri necə seçdiyindən bəhs edir. Filmin müəllifləri 24 israilli hərbçi və kəşfiyyat əməkdaşı ilə danışdıqlarını bildirirlər. Onlar, xüsusilə, zərbələr zamanı süni intellektdən istifadə edən hədəfləmə sistemlərinin tətbiq edildiyini danışıblar.

Bir il əvvəl Abraham və Şor İordan çayının Qərb sahilində İsrail hərbçilərinin fələstinlilərə məxsus kəndləri dağıtmasından bəhs edən “Başqa torpaq yoxdur” sənədli filminə görə “Oskar” mükafatının laureatları olublar. Bu film də İsraildə tənqidlərə məruz qalıb.

Almaz Həsənli