Tramp İrlandiya viskisinə tətbiq edilən rüsumun ləğv ediləcəyini elan edib
ABŞ Prezidenti Donald Tramp İrlandiyaya səfərini başa vurarkən İrlandiya viskisinə tətbiq edilən 10 faizlik rüsumun ləğv ediləcəyini açıqlayıb. Oxuməni. az-ın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, Ağ Evin rəhbəri bu barədə bazar günü öz ailəsinə məxsus qolf klubunda keçirilən turnir zamanı irlandiyalı qolf həvəskarlarından ibarət coşqun kütlə qarşısında çıxışı zamanı bildirib.
Trampın sözlərinə görə, Vaşinqton tərəfindən tətbiq edilən rüsumun ləğvi ilə bağlı ona, xüsusilə İrlandiyanın Baş naziri Mixol Martin və tanınmış irlandiyalı qolfçu Şeyn Louri müraciət ediblər.
İrlandiya Viski İstehsalçıları Assosiasiyası (IWA) ABŞ prezidentinin bəyanatını müsbət qarşılayıb. IWA-nın direktoru Oen O’Kaytinin bəyanatında deyilir: "ABŞ və İrlandiya arasındakı ticarət münasibətlərini İrlandiya viskisi qədər yaxşı xarakterizə edən heç nə yoxdur". "Reuters" agentliyinin məlumatına görə, assosiasiya bu qərarın tam şəkildə həyata keçiriləcəyinə ümid etdiyini bildirib.
Hazırda bu rüsum Avropa İttifaqından ABŞ-a ixrac edilən bütün şərab və spirtli içkilərə tətbiq olunan vergilər çərçivəsində yığılır.
Almaz Həsənli




















































































