ABŞ İrana bir şərtlə nüvə yanacağı tədarük etməyə hazır olduğunu bəyan edib

ABŞ İrana bir şərtlə nüvə yanacağı tədarük etməyə hazır olduğunu bəyan edib

10:50
Bəyəndim (1) Bəyənmədim (0)

İran uranın zənginləşdirilməsi proqramını dayandıracağı təqdirdə, Birləşmiş Ştatlar bu ölkəni nüvə yanacağı ilə təmin etməyə hazırdır. Oxuməni. az xəbər verir ki, bu barədə ABŞ energetika naziri Kris Rayt "Bloomberg"ə verdiyi müsahibədə bildirib.

"Biz (İrana) yanacağı kənardan tədarük edə bilərik. Onlar (İran hakimiyyəti) yenidən dünya ölkələri birliyinə qoşula və öz xalqına sülh və firavanlıq gətirə bilərlər", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, əgər Tehran Vaşinqtonun təklifindən imtina edərsə və gizli nüvə silahı proqramını davam etdirərsə, ABŞ hərbçiləri buna qarşı çıxacaqlar. Bununla belə, Rayt vurğulayıb ki, Vaşinqton üçün bu məsələnin danışıqlar yolu ilə həlli daha məqbuldur.

Yaz aylarında Amerika tərəfi vasitəçilər vasitəsilə İrana münaqişənin nizamlanması üçün plan təqdim edib. ABŞ-ın əsas tələblərinə, digər məsələlərlə yanaşı, uranın zənginləşdirilməsinə 12 illik moratoriumun qoyulması, həmçinin 60%-dək zənginləşdirilmiş mövcud nüvə yanacağının üçüncü ölkənin nəzarətinə verilməsi daxildir. ABŞ uranın İrandan çıxarılması əməliyyatını təxminən 700 milyon dollar dəyərində qiymətləndirib.

Almaz Həsənli