ABŞ-da təbii fəlakət: Yağan güclü yağılar nəticəsində New Jersey eyaleti sular altında qalıb
ABŞ-ın New Jersey eyaletində gecə boyu yağan şiddətli yağışlar böyük fəsadlara yol açıb. Oxuməni. az xəbər verir ki, bu barədə Vaşinqton Post-un yaydığı məlumatda bildirilib. Yağan yağışların səbəb olduğu sel nəticəsində çox sayda maşınlar, yaşayış və ictimai binalar sular altında qaldı, bəzi bölgələrdə ev uçqunaları meydana gəldi.

Güclü yağışlar New York və Pensiylvaniya eyaletlerində də fəsadlara səbəb olub, evlər sular altında qalıb, dəmr yollarında qatarların hərəkəti dayandırılıb. Hadisə yerinə çoxsaylı xilasedicilər göndərilib. Buna baxmayaraq yağışların davam etməsi xilasedicilərin özlərinin həyatlarını təhlükə altında qoyub.
ABŞ hava məlumatı bürosu yağışların hələ bir neçə gün davam edəcəyini bildirərək əhalini təhlükəsiz yerlərdə sığıncaq tapmağa çağırıb.
Əziz MUSTAFA




















































































