Polşa Rusiyanın hücumuna hazırlaşır

Polşa Rusiyanın hücumuna hazırlaşır

07:56
Bəyəndim (0) Bəyənmədim (0)

Polşa Baş naziri Donald Tusk, Polşa sərhədi yaxınlığındakı Yaqodzin stansiyasına Rusiyanın hücumlarından sonra hökumət, ordu və kəşfiyyat orqanlarının nümayəndələri ilə təcili iclas keçirib. Görüş 13 sentyabrda Hökumət Təhlükəsizlik Mərkəzində baş tutub. Daxili İşlər Nazirliyinin, Milli Müdafiə Nazirliyinin və ölkənin təhlükəsizlik orqanlarının nümayəndələri iştirak ediblər.

Oxuməni.az xəbər verir ki, bu barədə Polşanın RMF24 radiosunun yaydığı məlumatda deyilir. Qeyd edilir ki, Varşava Moskvanın daha da gərginləşməsinin Polşa ərazisinə təsir göstərə biləcəyini istisna etmir. Tusk görüşdə bildirib ki, Rusiya fəaliyyətini artırır və Polşa vəziyyətin mümkün pisləşməsinə hazır olmalıdır. Tusk həmçinin Rusiyanın yeni tipli dronlardan istifadəsinə diqqət çəkib. Onun sözlərinə görə, son hücumlar zamanı Rusiya daha təhlükəli avadanlıqlardan, xüsusən də reaktiv mühərrikli dronlardan istifadə edib.

"Bu gecəki hücumlar göstərir ki, ruslar əvvəlkindən daha təhlükəli avadanlıqlardan istifadə etməyə hazırdırlar. Mən reaktiv mühərrikli dronlardan danışıram. Onların məsafəsi və dəqiqliyi həyəcanvericidir", - deyə o bildirib.

Baş nazir qeyd edib ki, hətta dronlara qarşı yaxşı hazırlıqlı olan Ukrayna belə onları vurmaq iqtidarında deyil.

"Buna görə də, Rusiyanın belə imkanlara malik olduğunu bilməliyik. Buna görə də, dəmir yollarında və ya iş yerində dronların mümkün istifadəsinə və əməliyyatlarımızı pozmaq cəhdlərinə nə dərəcədə hazır olduğumuz barədə məlumat gözləyəcəyəm", - deyə Tusk əlavə edib.

13 sentyabrda Rusiya qoşunları Polşa-Ukrayna sərhədi yaxınlığındakı Yaqodin stansiyasında yanacaqdoldurma məntəqəsinə və sərnişin qatarına zərbə endiriblər. Dron Kiyevdən Varşavaya gedən lokomotivə dəyib.

Əziz MUSTAFA