Aİ Rusiya aktivlərindən istifadə etməkdən imtina etdiyinə görə Belçikaya təzyiqi artırır
Almaniya başda olmaqla bir neçə Avropa İttifaqı (Aİ) ölkəsi Belçikaya Ukraynanı maliyyələşdirmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etməkdən imtina etdiyinə görə ultimatum verib. Oxuməni.az xəbər verir ki, bu barədə Politico-nun yaydığı məlumatda bildirilir.
Adı açıqlanmayan bir diplomat nəşrə bildirib ki, "Bu, Belçika kimi ölkələri büdcə vasitəsilə Ukraynaya dəstəyi maliyyələşdirmək istəyib-istəmədikləri barədə qərar verməyə məcbur edir. Bu, fermerlər və regionlar üçün daha az pul qoymaq, yoxsa Rusiya aktivlərindən istifadə etməklə milyardlarla dollar əldə etmək demək ola bilər".
Qeyd olunur ki, dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı müzakirələr Aİ ölkələrinin bu vəsaitlərlə təmin edilmiş Ukraynaya yeni kredit vermək planları fonunda yenidən başlayıb. Belçika hökumətinin sözçüsü Financial Times qəzetinə bildirib ki, hökumətin bu məsələ ilə bağlı mövqeyi "dəyişməyib". Krallıq hakimiyyəti öz mövqeyini gələcək məhkəmə prosesləri ilə bağlı risklərə məruz qalmaq istəməmələri və Rusiyanın vəsaitlərini geri qaytarmaq ehtiyacı ilə izah edir.
Daha əvvəl bildirilmişdi ki, bir qrup ölkə Aİ-ni Ukraynaya yardım göstərmək üçün dondurulmuş aktivlərdən istifadə etmək planını yenidən nəzərdən keçirməyə çağırıb. İspaniya, Polşa, Niderland və İsveç Aİ-nin xarici işlər naziri Kaja Kallasa müvafiq məktub göndəriblər.
Əziz Mustafa




















































































