Avropa Komissiyası Ukrayna üçün silah və hava hücumundan müdafiə sistemlərinin alınması üçün 6,1 milyard avro ayırıb

Avropa Komissiyası Ukrayna üçün silah və hava hücumundan müdafiə sistemlərinin alınması üçün 6,1 milyard avro ayırıb

14:31
Bəyəndim (1) Bəyənmədim (0)

Avropa Komissiyası (AK) Ukrayna üçün hava hücumundan müdafiə sistemlərinin, raketlərin və digər silahların alınması üçün 6,1 milyard avro ayırıb. Oxuməni.az xəbər verir ki, bu barədə 11 sentyabrda AK-nın saytında bildirilib.

AK prezidenti Ursula fon der Leyen rəsmi açıqlamada maliyyələşdirmə qərarını təsdiqləyib. Onun sözlərinə görə, vəsait Kiyevə lazımi avadanlıq və sursat almağa kömək edəcək.

"Avropa Komissiyası bu gün Ukraynaya hava və raket hücumundan müdafiə, sursat, dronlar və elektron müharibə sistemləri sahələrində müxtəlif müdafiə avadanlıqlarının alınması üçün əlavə 6,1 milyard avro ayırmağı təsdiqləyib", - deyə sayt bildirir.

Xüsusilə, ayrılan maliyyələşdirmə "Patriot" hava hücumundan müdafiə sistemləri üçün PAC-3 tutucu raketlərinin alınmasına sərf olunacaq.

Vəsaitləri bölüşdürməzdən əvvəl Avropa Komissiyası müqavilələri nəzərdən keçirmək niyyətindədir. Agentlik onların Ukraynanın kredit şərtlərinə və Aİ üzv dövlətləri arasında daxili razılaşmalara uyğunluğunu qiymətləndirəcək.

Əziz Mustafa