Livan və İsrail arasında danışıqlar sentyabrın 15-16-da keçiriləcək

Livan və İsrail arasında danışıqlar sentyabrın 15-16-da keçiriləcək

12:40
Bəyəndim (1) Bəyənmədim (0)

Livan və İsrail arasında sülh yolu ilə nizamlanmaya dair danışıqların səkkizinci raundu sentyabrın 15-16-da Romada keçiriləcək. Oxuməni az xəbər verir ki, bu barədə “Al Jazeera” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Görüşdə Livanın cənubunda ölkənin silahlı qüvvələrinin nəzarətində olacaq yeni “pilot zonaların” yaradılması məsələsi müzakirə ediləcək.

Tərəflərin nümayəndələri daha əvvəl avqustun 4-6-da görüşüblər. Lakin “Hizbullah” hərəkatının Livanın cənubundakı fəaliyyəti səbəbindən danışıqlar yarımçıq dayandırılıb.

Almaz Həsənli