Qazaxıstanın “Avroviziya”da iştirakına icazə verilmədi

Qazaxıstanın “Avroviziya”da iştirakına icazə verilmədi

10:52
Bəyəndim (1) Bəyənmədim (0)

Avropa Yayım Birliyi (EBU) Qazaxıstanın “Xabar” media holdinqinin “Avroviziya” mahnı müsabiqəsində iştirakına icazə verməyib. Oxuməni.az xəbər verir ki, bu barədə Politico məlumat yayıb.

EBU-nun bildirdiyinə görə, dövlət televiziyası birliyin tamhüquqlu üzvü olmaq üçün müəyyən edilmiş meyarlara cavab vermir. Qazaxıstan Avropa Yayım Zonasından kənarda yerləşir, Avropa Şurasının üzvü deyil və bu qurumda müşahidəçi statusuna malik deyil.

“Bu səbəbdən ‘Xabar’ agentliyi hazırda tamhüquqlu üzvlük üçün müraciət etmək hüququna malik deyil”, – deyə birlikdən bildirilib.

Bu qərar EBU-nun nizamnaməsinə dəyişiklik edilərək bəzi qeyri-Avropa ölkələrindən yayımçıların birliyə üzv olmasına imkan yaradılmasından sonra qəbul edilib. Yeni qaydadan Kanada yararlanıb. Ölkə Avropa Şurasında müşahidəçi statusuna malik olduğu üçün 2027-ci ildə “Avroviziya”da debüt etmək hüququ qazanıb.

EBU “Xabar”la uzun illər davam edən əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb. Politico qeyd edir ki, telekanal 2018–2022-ci illərdə beş dəfə “Uşaq Avroviziyası”na nümayəndələr göndərib.

Almaz Həsənli