Ukrayna Silahlı Qüvvələri Volqoqrada zərbələr endiriblər, dağıntılar var

Ukrayna Silahlı Qüvvələri Volqoqrada zərbələr endiriblər, dağıntılar var

12:08
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Silahlı Qüvvələri Volqoqrada raketlə hücum ediblər, dağıntılar var. Oxuməni.az xəbər verir ki, bu barədə Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov mətbuata rəsmi açıqlamasında bildirib. Onun sözlərinə görə, raket hücumundan sonra çoxmənzilli binaya ziyan dəyib və Volqoqradın cənubundakı sənaye zavodunun ərazisində yanğın başlayıb.

"Bu gecə Kiyev rejiminin Volqoqrad vilayətindəki obyektlərə raket hücumu nəticəsində Krasnoarmeyski rayonundakı Geroyev Maloy Zemlya küçəsindəki çoxmənzilli binaya və sənaye zavoduna ziyan dəyib", - qubernator bəyan edib.

Hücum nəticəsində 42 və 55 yaşlı kişilər yaralanıb və xəstəxanaya yerləşdirilib. Volqoqradın cənubundakı sənaye zavodunun ərazisinə də dağıntılar düşüb. Təcili yardım xidmətləri hadisə yerində işləyir və təmizləmə işləri davam edir.

Daha əvvəl "Volqoqrad Xəbərləri" Telegram kanalı Volqoqradın FP-5 Flamingo raketi ilə hücuma məruz qalmış ola biləcəyini bildirib; Həmin vaxt rəsmi məlumat yox idi. Regional paytaxt sakinləri də şəhərdə partlayış səsləri eşitdiklərini bildiriblər.

Əziz MUSTAFA