FSB Moskvadakı Britaniya səfirliyində işləyən SBU agentini saxlayıb
Təhlükəsizlik qüvvələri Moskvadakı Britaniya səfirliyində xəyanətdə şübhəli bilinən bir mühafizəçini saxlayıb. Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin yaydığı məlumatda bildirilib.
Agentin 45 yaşlı Rusiya vətəndaşı olduğu ortaya çıxıb. "Apostol Dmitri" təxəllüsü ilə tanınan ukraynalı bloqçu Dmitri Karpenkonun tapşırığı ilə o, diplomatik missiyanın təhlükəsizlik sistemləri, orada keçirilən tədbirlər və səfirlik işçiləri haqqında məlumat toplayırdı. SBU bu məlumatlardan Britaniya səfirinə və digər diplomatlara qarşı terror hücumları həyata keçirmək və sonra Rusiyanı günahlandırmaq üçün istifadə etməyi planlaşdırırdı.
Hazırda Moskvadakı Britaniya səfiri Naycel Keysidir.
Əziz MUSTAFA
Digər xəbərlər




















































































