İsveçrədə su elektrik stansiyasında partlayış baş verib
İsveçrədəki Ritom su elektrik stansiyasında partlayış baş verib. Oxuməni.az xəbər verir ki, bu barədə 20 Minuten-in yaydığı məlumatda deyilir.
"Çərşənbə günü səhər Piotte şəhərindəki Ritom su elektrik stansiyasında partlayış baş verib. Mövcud məlumatlara görə, iki nəfər yaralanıb. Partlayışın səbəbi hələ müəyyən edilməyib", - deyə məlumatda bildirilir.
Nəşr aydınlaşdırır ki, Ticino kantonunda baş verən hadisə binanın qismən çökməsi ilə nəticələnib və insanlar dağıntılar altında qala bilərlər.

Yanğınsöndürənlər və xilasetmə işçiləri hadisə yerində işləyir və polis ərazini mühasirəyə alıb. Partlayışın mövcud stansiyada, yoxsa 2027-ci ildə açılması planlaşdırılan yeni obyektdə baş verdiyi hələlik məlum deyil.
Partlayıcı qurğular əvvəllər Almaniyanın şərqindəki Saksoniyadakı iki elektrik yarımstansiyasında aşkar edilmişdi. Yarımstansiyalar LEAG korporasiyasının qəhvəyi kömür hasil etdiyi Lusatian mədən bölgəsindəki Brandenburq ilə sərhəddə yerləşir.
Əziz MUSTAFA




















































































