Bloomberg: Putin qışda Ukraynaya hücumları gücləndirmək istəyir

Bloomberg: Putin qışda Ukraynaya hücumları gücləndirmək istəyir

11:47
Bəyəndim (2) Bəyənmədim (0)

Rusiya Prezidenti Vladimir Putin qış aylarında Ukraynaya hücumları intensivləşdirmək niyyətindədir. Oxuməni.az xəbər verir ki, bu barədə Bloomberg Avropalı rəsmilərə istinadən məlumat yayıb.

Onların məlumatına görə, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri ötən həftəsonu Moskva və Kiyevdə apardıqları danışıqlarda ciddi irəliləyiş əldə edə bilməyiblər.

Mənbələrdən birinin sözlərinə görə, Putin ABŞ-ın xüsusi nümayəndələrinin səfərindən sentyabrın 18-20-də keçiriləcək Dövlət Dumasına seçkilər ərəfəsində güc nümayiş etdirmək üçün istifadə edib. Agentlik qeyd edir ki, Rusiya lideri ABŞ nümayəndə heyətini görüş üçün Kremlə yalnız axşam saatlarına qədər gözlədib.

ABŞ və Avropadakı müttəfiqlərlə dialoq milli təhlükəsizlik üzrə müşavirlər səviyyəsində davam etdiriləcək. Ukrayna Prezidenti Vladimir Zelenski isə Kiyevin payızda Vaşinqton və Moskva ilə üçtərəfli danışıqların növbəti raundunu keçirmək istədiyini bildirib.

Bununla yanaşı, Moskva mümkün razılaşma çərçivəsində Ukraynanın bütün Donetsk vilayətinə nəzarəti əldə etmək tələbində israr etməkdə davam edir.

Agentliyin həmsöhbətlərindən birinin sözlərinə görə, Rusiyanın qarşıdakı altı ay üçün planı Ukraynanın enerji və istilik təchizatı infrastrukturuna zərbələri gücləndirmək, həmçinin hibrid hücumları və Avropaya siyasi müdaxiləni intensivləşdirməkdən ibarətdir. Məqsəd Kiyevə dəstəyi zəiflətməkdir.

Almaz Həsənli