ABŞ səhrası üzərindən uçarkən təyyarənin kabinəsinin təzyiqi aşağı düşüb

ABŞ səhrası üzərindən uçarkən təyyarənin kabinəsinin təzyiqi aşağı düşüb

11:19
Bəyəndim (0) Bəyənmədim (0)

Delta Air Lines təyyarəsi ABŞ səhrası üzərindən uçarkən təzyiqi aşağı düşüb.

Oxuməni.az xəbər verir ki, bu barədə Paddle Your Own Kanoo-nun məlumatında deyilir. Təyyarə 6 sentyabrda Los-Ancelesdən Solt Leyk Sitiyə uçurdu. Təyyarədə 181 sərnişin var idi. Mojave səhrası üzərindən 10,6 metr hündürlükdə uçarkən kabinənin təzyiqi aşağı düşüb və oksigen maskaları taxılıb. Pilotlar təcili vəziyyət elan ediblər və təyyarə Las-Veqasa yönləndirilib. Aviaşirkət daha sonra hadisəyə görə sərnişinlərdən üzr istəyib.

Daha əvvəl United Airlines sərnişini kabinənin təzyiqinin aşağı düşməsini "deşici ağrı, gözlərim şişirdi" kimi təsvir etmişdi. Kişi ətrafa baxıb və ətrafındakı hər kəsin ağrıdan başlarını qucaqladığını görüb.

Əziz Mustafa