Rusiya Federasiyası Ukrayna üzrə üçtərəfli danışıqlar formatının bərpasını gözləyir

Rusiya Federasiyası Ukrayna üzrə üçtərəfli danışıqlar formatının bərpasını gözləyir

15:06
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya tərəfi Ukrayna böhranının nizamlanması ilə bağlı ABŞ-ın iştirakı ilə üçtərəfli formatda işin bərpa olunmasını istərdi. Oxuməni. az-ın "İnterfax"-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov çərşənbə axşamı Hindistan mediası üçün keçirilən brifinqdə bildirib.

"Biz Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların bərpa olunacağına ümid edirik", - deyə Peskov bildirib.

"Biz ən yaxşısına ümid edirik. Ümid edirik ki, gec-tez sülh yolu ilə nizamlanmaya nail olacağıq", - deyə o əlavə edib.

Almaz Həsənli