Finlandiya Rusiya ilə sərhəddə 200 kilometrlik hasar tikib

Finlandiya Rusiya ilə sərhəddə 200 kilometrlik hasar tikib

11:03
Bəyəndim (1) Bəyənmədim (0)

Finlandiya Rusiya ilə sərhəddə 200 kilometrlik hasarın tikintisini başa çatdırıb. Oxuməni az xəbər verir ki, bu barədə ölkənin Sərhəd Xidməti özünün Facebook səhifəsində məlumat yayıb.

Finlandiya sərhədçiləri bildirib: "Ümumi uzunluğu 200 km olan maneə hasarı sərhəd nəzarətinin səmərəliliyini artırır, həmçinin ölkəyə kütləvi və mütəşəkkil qeyri-qanuni girişin qarşısını alır və ləngidir".

Hasarın tikintisinə 2024-cü ildə başlanılıb və layihəyə təxminən 380 milyon avro vəsait ayrılıb. Finlandiyanın Rusiya ilə sərhədi 1200 km-dən çoxdur; bu, Aİ və NATO ölkələri arasında Rusiya ilə ən uzun quru sərhədidir. "Yle" nəşrinin qeyd etdiyinə görə, tikilmiş hasar ən vacib sahələrdə – Cənub-Şərqi Finlandiya və Kymenlaakso, Şimali Kareliya, Kainuu, Koillismaa və Laplandiyada quraşdırılıb.

Ölkənin daxili işlər naziri Mari Rantanen gələcəkdə hasarın daha da uzadıla biləcəyini istisna etməyib.

Rantanen deyib: "Mənim fikrimcə, müəyyən bir məqamda tikintinin davam etdirilməsinə ehtiyac olub-olmadığını qiymətləndirmək lazım gələcək. Xüsusilə vacibdir ki, Aİ-nin şərq cinahındakı ölkələr belə layihələr üçün Avropa İttifaqından maliyyə dəstəyi alsınlar".

Rantanenin sözlərinə görə, şərq sərhədində maneənin olması zəruridir, çünki Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə və hibrid əməliyyatlar səbəbindən Avropada təhlükəsizlik vəziyyəti əsaslı şəkildə dəyişib.

Almaz Həsənli