Peskov: Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edəcək

Peskov: Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edəcək

12:03
Bəyəndim (2) Bəyənmədim (0)

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın aylarda Rusiyaya səfər edə bilər. Oxuməni. az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə açıqlamasında bildirib.

Səfərin konkret tarixləri hələ razılaşdırılmayıb. Bununla belə, Kremlin nümayəndəsi Ermənistan hökumət başçısının səfərinin 2026-cı ilin sonuna qədər gözlənildiyini dəqiqləşdirib.

Vladimir Putin və Nikol Paşinyan sonuncu dəfə sentyabrın 1-də Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində ayrıca görüş keçiriblər. Bu, liderlərin apreldə Kremldə keçirilən görüşdən sonra ilk ikitərəfli danışıqları olub.

Bişkekdəki görüş zamanı tərəflər, xüsusilə, Ermənistanın xarici siyasət kursu məsələsini müzakirə ediblər. Putin və Paşinyan İrəvanın Avropa İttifaqına mümkün üzvlük məsələsini, yaxud ölkənin Avrasiya İqtisadi İttifaqında iştirakını davam etdirməsini referenduma çıxarıb-çıxarmamaq məsələsində fərqli mövqelər nümayiş etdiriblər.

Paşinyanın Moskvaya mümkün səfəri sentyabr danışıqlarından sonra liderlərin növbəti şəxsi görüşü ola bilər.

Almaz Həsənli