PSJ Kvaratsxeliya ilə müqaviləni uzatmaq istəyir

PSJ Kvaratsxeliya ilə müqaviləni uzatmaq istəyir

11:42
Bəyəndim (1) Bəyənmədim (0)

PSJ hücumçu Xviça Kvaratsxeliya ilə müqaviləni maaş artımı ilə 2030 və ya 2031-ci ilə qədər uzatmaq niyyətindədir. 25 yaşlı vingerin hazırkı əmək müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. Oxuməni.az xəbər verir ki, bu barədə "L'Équipe" məlumat yayıb.

Mənbənin məlumatına görə, tərəflər arasında danışıqlar artıq başlayıb. PSJ sövdələşməni vingerin ciddi namizəd olduğu "Qızıl top" mükafatlandırma mərasiminə (26 oktyabr) qədər tamamlamaq istəyir. Gürcüstanlı futbolçunun qalib gələcəyi təqdirdə, müqavilənin uzadılması ilə bağlı danışıqlar çətinləşə bilər.

Kvaratsxeliya 2025-ci ilin yanvarından Paris klubunda çıxış edir. Ötən mövsüm hücumçu bütün turnirlərdə 48 matçda iştirak edib, 19 qol vurub və 11 məhsuldar ötürmə edib. "Transfermarkt" portalının məlumatına görə, futbolçunun bazar dəyəri 140 milyon avro təşkil edir.

Almaz Həsənli